Goranboyda yolu keçərkən "Mercedes VİTO" markalı maşınla vurulan piyada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xılas etmək mümkün olmayıb.
*****
22:30
Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən orta yaşlı kişini "Mercedes VİTO" markalı maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Piyadanın kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.