Unitazın elə yerləri var ki, insanlar təmizlik zamanı onları adətən ötürürlər. Eyni zamanda bu sahələrdə çoxlu bakteriya yığıla bilər.
Adətən hər kəs düşünür ki, unitazı necə düzgün təmizləməyi bilir, lakin təmizlik üzrə mütəxəssislər deyir ki, insanlar ən çirkli və ən çox qoxu, bakteriya və sərt su çöküntülərinin toplandığı hissələri çox vaxt təmizləmirlər. Mütəxəssislər martha stewart üçün unitazı ideal dərəcədə təmiz saxlamağın yollarını izah ediblər.
Lent.az düzgün unitaz təmizliyi ilə bağlı üsulları təqdim edir:
Unitazın obodkunun altı necə təmizlənir?
Təmizlik üzrə ekspertlər bildiriblər ki, unitazın obodkunda kif, bakteriyalar və mineral çöküntülər toplanır. Bu yer çətin əlçatan olduğu üçün çoxları onu təmizləmədən keçir, nəticədə köhnə, sərt çirklənmələr yarana bilər.
Bu sahəni təmizləmək üçün lazımdır:
turş tərkibli təmizləyici (uçlu dispenserli butulkada)
unitaz fırçası
köhnə diş fırçası
kağız dəsmallar
Hamamı yaxşıca havalandırın. Dispenserli qabdakı təmizləyicini obodkun altına bərabər səpin. Məhlulu 10-15 dəqiqə saxlayın. Bundan sonra səthi unitaz fırçası və ya köhnə diş fırçası ilə yaxşıca sürtün. Kağız dəsmal ilə silib təmizliyini yoxlayın.
Unitaz oturacağının menteşələri, boltları və oturacaq bazası necə təmizlənir?
Mütəxəssislərin sözlərinə görə, menteşələrdə, boltlarda və oturacağın bazasında çoxlu çirk gizlənir. Sidik və digər nəmlik daha az görünən hissələrdə toplanır, buna görə də oturacağı çıxarıb bütün yarıqlara çatmaq vacibdir.
“Dərin təmizləmə zamanı unitaz oturacağı çıxarılmalıdır ki, çətin əlçatan yerləri tam təmizləmək mümkün olsun. Menteşə və boltların ətrafında çıxarılmadan təmizlənməsi çətin olan çirk toplanır”, - “təmizlik kraliçası” Vanesa Amaro bildirib.
Lazım olan materiallar:
tornavida
dezinfeksiyaedici spreylər
köhnə diş fırçası
mikrofiber salfetlər
hidrogen peroksid
Tornavida ilə bolt qapaqlarını və oturacağı çıxarın. Dezinfeksiyaedici spreyi menteşələrə, boltların yerləşdiyi hissələrə, oturacağa və unitazın əsasına səpin.
Köhnə diş fırçası ilə dar yerləri sürtün. Mikrofiber salfetlə silin.
Ardınca hidrogen peroksidi sidik və ya kif ləkələrinə səpin, 10 dəqiqə saxlayın, sonra yenidən mikrofiberlə silib yaxşıca qurudun.
Bütün unitazı necə tam təmizləmək lazımdır?
Lazım olanlar:
rezin əlcəklər
köhnə diş fırçası
unitaz təmizləyicisi
hamam səthi üçün universal təmizləyici
mikrofiber salfetlər
unitaz fırçası
kağız dəsmallar
Unitaz təmizləyicisini çanağın yanları boyunca və obodkun altına çəkin. 10-15 dəqiqə təsir etməsi üçün buraxın. Bu vaxt siz unitazın xarici hissələrini təmizləyə bilərsiniz.
“Hamam təmizləyicisini oturacağa, baza hissəsinə, bak və qapağa, həmçinin düyməyə səpin. Təmiz mikrofiber salfetlə silin. Çətin yerlər üçün köhnə diş fırçasından istifadə edin. Çanağı unitaz fırçası ilə ovub su buraxın. Əgər ehtiyac varsa, prosesi təkrarlayın. Son olaraq kağız dəsmal ilə qalan nəmliyi qurulayın”.