Yaz aylarında aşağı büdcə ilə bağda yeniliklər etmək mümkündür.
Lent.az istirahət günlərini bağda keçirənlər üçün fəqrli yenilikləri təqdim edir:
Bağdakı quşları yemləmək üçün köhnə çılçıraqdan istifadə etmək olar.

Betonların arasında kiçik otların olmasını istəmirsinizsə. o zaman "slikon" yapışdırıcıdan istifadə edə bilərsiniz.

İstifadəsiz yastıqları bir-birinə tikməklə, rahat oturacaq hazırlamış olarsınız.

Bağınızın kənarlarındakı açıq borularda kiçik yaşıllıq yaratmaq mümkündür.

Konserv qutusu, boru, şam və adi şüşə vazla birlikdə bağınız üçün şamdanlıq düzəldə bilərsiniz.
_1627455144.jpg)
Köhnə çəlləklərdə bitkilər əkə bilərsiniz.

İstifadə olunmuş fərqli şərab şüşələrini torpağa tərsinə basdırmaqla, fərqli görüntü yarada bilərsiniz.

Bağdakı daşları müxtəlif rənglərlə boyamaqla, gözəl görüntü əldə edə bilərsiniz.
