“Qar kimi  ağ olacaq”  - Tər ləkəsini yox edən qarışım
19 avqust 2025 12:01 (UTC +04:00)

“Qar kimi ağ olacaq” - Tər ləkəsini yox edən qarışım

Mütəxəssislərə görə, tər ləkələrindən xilas olmağın ən vacib addımı yataq örtüsünü maşına atmazdan əvvəl öncədən bəzi işlər görmək lazımdır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün bahalı məhsullara ehtiyac yoxdur, evdəki sadə vasitələr kifayətdir:

* Maye paltar yuyucu

* Qab yuyucu

* Ağ sirkə

* Karbonat

Təmizlik mütəxəssisi Frey Lewenhaupt, ləkəli sahəyə bu məhsullardan birini birbaşa tətbiq etməyin təsirli olduğunu deyir. Xüsusilə ağ sirkə və karbonat ikilisi həm qoxunu neytrallaşdırır, həm də ləkələrin həll olunmasını təmin edir.

Başqa bir mütəxəssis Taylor Riley isə daha güclü bir qarışım tövsiyə edir: Karbonat + hidrogen peroksid + qab yuyucu qarışımı. Bu üçlü birlikdə işləyərək, tər ləkəsinin içindəki yağı həll edir, qoxunu aradan qaldırır və parçaya zərər vermədən ləkəni çıxarır. Parçanın liflərinə zərər verməmək üçün çox sərt sürtməkdən çəkinin. Qarışımı sürtdükdən sonra ən azı 30 dəqiqə gözlədin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar