Bilirsinizmi ki, evin ab-havasını adi otaq bitkiləri ilə dəyişdirmək mümkündür?
Məhz hansı bitkilərin belə atmosfer yaratdığını botanika mütəxəssisi və televiziya aparıcısı Co Beqli izah edir.
Lent.az bu 5 bitkini təqdim edir:
Beqliyə görə, ən çox təsir göstərən beş bitki bunlardır:
Aloe Vera siyahıya başçılıq edir. O, qayğısızlığı və havanı aktiv şəkildə oksigenlə zənginləşdirməsi ilə tanınır. Bu, yuxunu və konsentrasiyanı yaxşılaşdırmağa kömək edir.
Yasəmən otaq bitkisi bir neçə ay ərzində çiçək açır və otağa sakitləşdirici, stressi azaldan incə ətir yayır.
Kauçuk ağacı (ficus elastica) havanı toksinlərdən yaxşı təmizləyir və təravət hissi yaradır.
Şeflera (və ya “çətir ağacı”) evdən çalışanlar üçün idealdır. Ekspertlərin sözlərinə görə, gərginliyi azaldır və məhsuldarlığı artırır.
Lavanda sakitləşdirici təsiri ilə tanınır, yuxunu yaxşılaşdırır və narahatlıq simptomlarını yüngülləşdirir.
Niyə otaq bitkiləri sadəcə dekor deyil?
Plants and Flowers Foundation Holland tərəfindən aparılan sorğuya görə, orta statistik bir britaniyalının evində cəmi dörd bitki var. Bununla belə, respondentlərin 52 faizindən çoxu canlı otaq bitkilərinin onların özünü daha yaxşı hiss etməsinə kömək etdiyini etiraf edir. Millennialar arasında bu göstərici 64 faizə çatır. Sorğu iştirakçılarının təxminən 49 faizi evdəki yaşıllığın payız və qışda əhvalı yaxşılaşdırdığını, 53 faizi isə bitkilərin çöldə soyuq olanda təbiət hissi yaratdığını bildirib.
Bitkiləri harada saxlamaq daha yaxşıdır?
Ekspertlərə görə, bitkilər ən yaxşı təsiri qonaq otağı, mətbəx və girişdə yerləşdirildikdə göstərir – yəni gün ərzində daha çox vaxt keçirdiyiniz məkanlarda.