Süpermarketdə heç bir səbət yumurtasız olmur bu, mətbəxin ən universal məhsullarından biridir. Onu həm bişirmədə, həm müxtəlif dünya mətbəxi yeməklərində, həm də omlet və poşet yumurta kimi klassik səhər yeməklərində istifadə edirik. Lakin ən ideal yeməyi də son istifadə tarixi keçmiş yumurtalar asanlıqla korlaya bilər. Yumurtanın təzə olub-olmadığını müəyyən etmək həmişə asan deyil, amma təhlükəsiz bişirmək mümkün olub-olmadığını anlamaq üçün üç sadə üsul var.
Lent.az bu 3 sadə üsulu təqdim edir:
1. Son istifadə tarixinə baxın
Ən asan yol kimi görünsə də, burada bir nüans var. Qutuda iki fərqli işarələmə ola bilər: “satılmalıdır” və “istifadə edilməlidir”. Bu ifadələr eyni deyil və fərqli məna daşıyır.
“Satılmalıdır” tarixi mağazalar üçündür və məhsulun vitrində nə qədər qala biləcəyini göstərir. Bu tarix yumurtanın təhlükəsizliyini əks etdirmir və yumurta bundan sonra da istifadə oluna bilər. “İstifadə edilməlidir” tarixi isə təzəliyin son həddini göstərir. Bu tarixdən sonra yumurtalar artıq keyfiyyətli hesab olunmur.
2. Qoxu testi
Anaların və nənələrin dediyi kimi, yumurtanın xarab olub-olmadığını müəyyən etməyin ən sadə yolu - onu iyləməkdir. Xarab məhsullar təbii bakteriyaların təsirindən kəskin, xoşagəlməz qoxuya malik olur, dad və quruluşu dəyişir. Belə əlamət hiss edirsinizsə, məhsulu istifadə etmək olmaz.
Qabıqdan qoxu gəlmirsə, yumurtanı ayrıca bir qaba sındırın və həm qoxusuna, həm də görünüşünə baxın. Hər hansı yad qoxu, rəng dəyişikliyi və ya qəribə konsistensiya varsa, yumurtanı dərhal atın.
Xarab yumurta həm çiy, həm də bişirilmiş halda pis qoxur.
3. Onun üzmə testini edin
Bu, yumurtanın təzə olub-olmadığını müəyyən etməyin ən rahat yollarından biridir. Yumurtanı soyuq su dolu qaba qoyun.
Əgər batır və yan tərəfə uzanırsa yumurta tamamilə təzədir.
Əgər batır, amma dik vəziyyətdə dayanırsa artıq tam təzə deyil, amma yemək üçün yararlıdır.
Əgər yumurta suyun üzərinə çıxırsa onu dərhal atmaq lazımdır.
Yumurtanın saxlama müddətini necə uzatmalı?
Yumurtaların uzun müddət təzə qalmasını təmin etmək çətindir, amma mümkündür. Əsas məsələ düzgün şəraitdə saxlamaqdır. +4°C-dən aşağı soyuducu temperaturu təhlükəli bakteriyaların, o cümlədən salmonellanın çoxalmasını xeyli yavaşladır. Bu da yumurtanın saxlama müddətini demək olar ki, iki dəfə artırır.