Bakıda xadimə   işlədiyi evi qarət etdi
27 noyabr 2025 12:35 (UTC +04:00)

Bakıda xadimə işlədiyi evi qarət etdi

0

Bakının Yasamal rayonunda evdən külli miqdarda oğurluq edilib.

Lent.az xəbər verir ki, vətəndaş polisə müraciət edərək, 5000 manat dəyərində qızıl-zinət əşyası və 220 manat pulunun talandığını bildirib.  
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı S.Dadaşova müəyyən olunaraq saxlanıb. Araşdırmalarla onun noyabr ayının 1-dən 25-dək olan müddətdə xadimə kimi çalışdığı evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.
 
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə zərərçəkənin cibindən 1882 manat talamaqda şübhəli bilinən 25 yaşlı S.Salmanzadə də polis tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar