Fransanın Büş-dü-Ron departamentində yerləşən heyvanxanada 13 nəfəri ildırım vurub.
Lent.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Məlumata görə, xəsarət alanlar arasında uşaqlar da var.
Almaniyadan olan bir qadının vəziyyəti isə kritik olaraq qiymətləndirilir.
Heyvanxananın infrastrukturu və heyvanlar zərər görməyib.