1977-ci ildəki  qətlə görə TUTULDU - Siqaret izi ilə  bilindi...
14 may 2025 13:14 (UTC +04:00)

1977-ci ildəki qətlə görə TUTULDU - Siqaret izi ilə bilindi...

ABŞ-da təxminən yarım əsr əvvəl baş vermiş qətlin üstü açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 1977-ci ildə 24 yaşlı Jeanette Ralstonun ölümündə əli olan 69 yaşlı kişini həbs ediblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, qızın cinsi təcavüz və boğulma əlamətləri olan cəsədi 1977-ci il yanvarın 21-də Kaliforniya ştatının San-Xose şəhərindəki barlardan birinin dayanacağında öz avtomobilində tapılıb. İllərdir davam edən səylərə baxmayaraq, 2024-cü ilin yayınadək iş bağlı qalıb. Müstəntiqlər yalnız 2024-cü ilin yayında sübutların yenidən təhlilinə başlayıblar. 

Mütəxəssislər cinayət yerinin barmaq izlərini yenilənmiş Federal Təhlükəsizlik Bürosunun məlumat bazası vasitəsilə aparıblar və bu, istintaqda irəliləyişə səbəb olub.

Əsas dəlil maşının içərisindəki siqaret qutusunda çətin görünən bir iz olub. O, Ohayoda yaşayan keçmiş əsgər Villi Eugene Simsin izləri ilə uyğunlaşdırılıb. 1978-ci ildə o, adam öldürməyə cəhdə görə 2,5 il həbs cəzası alıb, lakin Kaliforniyanı tərk edib.

2025-ci ilin əvvəlində detektivlər Simsdən bioloji nümunə götürüblər, bu nümunə cinayət yerində tapılan DNT-yə uyğun gəlib. Təqsirləndirilən şəxs indi girovsuz saxlanılır və onu ömürlük həbs gözləyir.

FTB-nin qeyd etdiyi kimi, iş təkmilləşdirilmiş barmaq izi analizi alqoritmləri və məhkəmə genetikasında irəliləyiş sayəsində həll edilib. Bu hadisə müasir texnologiyanın onilliklər sonra ədalətin bərpasına necə kömək etdiyinə bir nümunə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar

Rusca danışan məktəb direktoru işdən QOVULDU

Rusca danışan məktəb direktoru işdən QOVULDU

14 may 2025 , 16:16
Polislərə elektrikli skuter  veriləcək

Polislərə elektrikli skuter veriləcək

14 may 2025 , 15:20
Sursatlar partladı: 13 nəfər öldü

Sursatlar partladı: 13 nəfər öldü

14 may 2025 , 07:58
Hindistanda pələng üç qadını  parça-parça etdi

Hindistanda pələng üç qadını parça-parça etdi

14 may 2025 , 06:57
“Microsoft” 6 min əməkdaşını ixtisar edir

“Microsoft” 6 min əməkdaşını ixtisar edir

14 may 2025 , 05:27
Uruqvayın keçmiş prezidenti öldü

Uruqvayın keçmiş prezidenti öldü

14 may 2025 , 03:23
“Mamagama” mübarizəni dayandırdı

“Mamagama” mübarizəni dayandırdı

14 may 2025 , 01:33
İsrail Qəzzanı BOMBALADI:   28 nəfər öldü

İsrail Qəzzanı BOMBALADI: 28 nəfər öldü

13 may 2025 , 23:47