Macarıstan Ukrayna PUA-sını vurdu
15 may 2025 01:33 (UTC +04:00)

Macarıstan Ukrayna PUA-sını vurdu

Macarıstan Hava Hücumundan Müdafiə Qüvvələri Ukrayna sərhədi yaxınlığında bu ölkəyə məxsus pilotsuz uçuş aparatını vurub.

Lent.az xəbər verir ki, bu barədə Magyar Hirlap qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Macarıstan hakimiyyəti həmin aparatın Ukrayna xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat məqsədilə istifadə olunduğundan şübhələnir.

Məlumata əsasən, PUA Macarıstan hava məkanında radarlar tərəfindən aşkarlanıb və dərhal zərərsizləşdirilib.

Hadisənin ötən həftə baş verdiyi bildirilir, lakin bu barədə məlumat indi yayılıb.

Macarıstan hökuməti hələlik insidentlə bağlı rəsmi açıqlama yaymayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar

Heyvanxanada 13 nəfəri ildırım vurdu

Heyvanxanada 13 nəfəri ildırım vurdu

14 may 2025 , 22:22
HƏMAS üzvlərini  öldürən polis məktub yazıb intihar etdi

HƏMAS üzvlərini öldürən polis məktub yazıb intihar etdi

14 may 2025 , 18:08
Rusca danışan məktəb direktoru işdən QOVULDU

Rusca danışan məktəb direktoru işdən QOVULDU

14 may 2025 , 16:16
Polislərə elektrikli skuter  veriləcək

Polislərə elektrikli skuter veriləcək

14 may 2025 , 15:20
1977-ci ildəki  qətlə görə TUTULDU - Siqaret izi ilə  bilindi...

1977-ci ildəki qətlə görə TUTULDU - Siqaret izi ilə bilindi...

14 may 2025 , 13:14
Sursatlar partladı: 13 nəfər öldü

Sursatlar partladı: 13 nəfər öldü

14 may 2025 , 07:58
Hindistanda pələng üç qadını  parça-parça etdi

Hindistanda pələng üç qadını parça-parça etdi

14 may 2025 , 06:57
“Microsoft” 6 min əməkdaşını ixtisar edir

“Microsoft” 6 min əməkdaşını ixtisar edir

14 may 2025 , 05:27