Mourinyo ingilis ulduzu  "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 19:46 (UTC +04:00)

Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Ceydon Sançonu İstanbul klubuna gətirmək istəyir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,  Joze Mourinyo yay üçün transfer hədəflərindən birini müəyyənləşdirib.

Portuqaliyalı çalışdırıcı Ceydon Sançonu heyətində görmək istəyir. Cinah oyunçusunun İstanbul klubu üçün transfer qiymətinin 25 milyon funt-sterlinq civarında olacağı gözlənilir.

Futbolçu ilə mümkün razılaşmanın təfərrüatları hələlik məlum deyil.
Sanço hazırda "Çelsi"də icarədədir, lakin müqaviləsi "Mançester Yunayted"lədir. O, London klubunun heyətində 40 oyun keçirib, 4 qol vurub və 10 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314

Oxşar yazılar