Polis idarəsinin rəisi müavini ilə  birgə TUTULDU
14 may 2025 16:44 (UTC +04:00)

Polis idarəsinin rəisi müavini ilə birgə TUTULDU

0

Rusiyada Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Miqrasiya İdarəsinin rəisi Aleksandr Melnikovu və onun müavini saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 286-cı  (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi açılıb. Əməliyyat Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilib. Saxlanılan polis rəislərinin hər biri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Təqsirləndirilən şəxslərin yaşayış yerlərində axtarışlar aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5038

Oxşar yazılar