Bakının mərkəzində cibgirlik edən  Əlcəzair vətəndaşları tutuldu - VİDEO
14 may 2025 14:04 (UTC +04:00)

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları tutuldu - VİDEO

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri tədbir zamanı paytaxt ərazisində silsilə talama cinayətləri törətməkdə şübhəli bilinən Əlcəzair vətəndaşları 30 yaşlı Mahdi Sidi Muhamed və 28 yaşlı Abkari Riad Bourouba tutulublar. 

Araşdırmalarla məlum olub ki, onlar paytaxt ərazisində ayrı-ayrı vaxtlarda şəhərin mərkəzində yerləşən və insanların sıx olduğu ictimai iaşə obyektlərində cibgirlik yolu ilə müxtəlif şəxslərin mobil telefonlarını və digər qiymətli əşyalarını oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar