Uşaq  günorta yuxusundan   imtina etsə, nə baş verər? -  CAVAB
14 may 2025 15:06 (UTC +04:00)

Uşaq günorta yuxusundan imtina etsə, nə baş verər? - CAVAB

Siz rahatlıqla uşaq rejimindən gündüz yuxusunu çıxardınız, nəhayət, planlarınızı körpə çarpayısına bağlamadan qurmaq olar. Amma bir həftə keçmir ki, uşaq əsəbi olur, iştahası azalır və gecələr tez-tez oyanmağa başlayır.

Lent.az xarici KİV-ə istinadla bu mövu ilə bağlı maraqlı məlumatları təqdim edir:

Məlum olur ki, gündüz yuxusundan imtina – həmişə uşağın böyüməsinin göstəricisi deyil. 4–5 yaşa qədər uşağın beyni və bədəni gündəlik olaraq dincəlməyə ehtiyac duyur ki, gün ərzində topladığı təəssüratları emal etsin və gücünü bərpa etsin.

Bəs uşaq gündüz yatmaqdan qəti şəkildə imtina edirsə, nə etməli?

Sözə diqqət yetirin. “Yuxu” yerinə “sakit vaxt” ifadəsini istifadə edin.

Ona belə izah edin

“Yatmaq məcburiyyətində deyilsən, amma gəl bir az uzanıb kitab oxuyaq və ya nağıl dinləyək”. Bu zaman məcburiyyət hissi azaldıqda, bir çox uşaq öz-özünə yuxuya gedir. Əgər yatmasa belə, 1 saatlıq sakit uzanmaq belə onun gərginliyini azaldacaq.

Daha bir faydalı üsul: uşaq ritmlərini müşahidə edin

Bəzi uşaqlarda yorğunluğun zirvə nöqtəsi günorta yox, səhər və ya axşam saatlarına təsadüf edə bilər. Bu halda:

“Sakit saat”ı irəli və ya geri çəkin,

Və ya onu iki qısa fasiləyə bölün.

Unutmayın: qaranlıq pərdə, sevimli yorğan, layla – bunlar uşağın bədəninə istirahət vaxtının gəldiyini bildirən siqnallardır.

Əgər uşaq artıq doğrudan da gündüz yuxusuna ehtiyac duymursa?

O zaman “relaks zonası” yaradın. Pazllar, rəsm çəkmək, plastilindən fiqurlar düzəltmək – yəni fəal rejimdən sakit rejimə keçidi təmin edən fəaliyyətlər seçin. Bu həm axşamki isterika və yorğunluğu azaldacaq, həm də gecə yuxusunun keyfiyyətini yaxşılaşdıracaq. Və unutmayın: gündüz yuxusundan imtina üçün universal yaş yoxdur.

Bir uşaq 2 yaşında hazır olur, digəri isə 5 yaşa qədər gündüz yuxusuna ehtiyac duyur. Ən yaxşı bələdçiniz – uşağın bədənindən gələn siqnallardır, yoxsa cədvəllər deyil. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar