Ançelotti “Qızıl top”un sahibini yeni komandasına  dəvət etdi
14 may 2025 17:26 (UTC +04:00)

Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi

Braziliya millisinə yeni baş məşqçi təyin olunan Karlo Ançelotti məşqçilər korpusunu formalaşdırmağa başlayıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, italyan mütəxəssis Ançelotti keçmiş braziliyalı yarımmüdafiəçi Kakanı komandaya köməkçi kimi dəvət etmək imkanını nəzərdən keçirir.

Ançelotti artıq Kakaya heyətinə qatmağı təklif edib, lakin Kakanın bu təklifi qəbul edib-etmədiyi hələlik məlum deyil.

Maraqlıdır ki, Ançelotti və Kaka əvvəllər “Milan”da birlikdə çalışıblar və Karlo onun “Real”da baş məqşçisi olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306

Oxşar yazılar