Bəzi vətəndaşlar su təminatından şikayət edirlər. Bildirirlər ki, mənzillərinə daxil olan içməli suyun tərkibində daş və toz-torpaq qalıntıları var. Sakinlər dəfələrlə öz hesablarına su filtrləri qoysalar da, zamanla onlar da sıradan çıxıb. Artıq əlacsızlıqdan çirkli sudan istifadə etməli olurlar.
Şikayətlərlə bağlı Lent.az-ın sorğusuna İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, bu cür hallarla rastlaşan sakinlərin suyu analiz olunmalıdır:
“Vətəndaş suyun analiz edilməsi üçün rayonun su kanal idarəsinə müraciət etməli və sözügedən problemlə bağlı onlara şikayətini bildirməlidir. Bundan sonra idarə problemin həlli istiqamətində şəxsə lazımi köməkliyi göstərə biləcək”,-deyə əlavə olunub.