Goranboyda qayınana tir tüfəngindən atəş açdı , gəlinini yaralandı
14 may 2025 23:06 (UTC +04:00)

Goranboyda qayınana tir tüfəngindən atəş açdı, gəlinini yaralandı

Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.

2001-ci il təvəllüdlü N.Xudaverdiyeva qarının travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə zamanı qadının qayınanası – 1968-ci il təvəllüdlü G.Xudaverdiyevanın əlində tir tüfəngindən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia edilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar