“Sputnik Azərbaycan” işinə görə cinayət işi başlayıb, həbslər var“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.
Lent.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, dünən nazirlik “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında əməliyyat keçirib.