Ukrayna prezidenti İlham Əliyevə zəng edib
01 iyul 2025 19:09 (UTC +04:00)

Ukrayna prezidenti İlham Əliyevə zəng edib

İyulun 1-də Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Lent.az bildirir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Vladimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident Vladimir Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlətimizin başçısına təşəkkür edib.

Telefon söhbəti əsnasında ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib.

Ukrayna prezidenti, eyni zamanda, Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara görə də minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar