Türkiyədə yaşayan azərbaycanlı rəssam  vəfat etdi
01 iyul 2025 17:27 (UTC +04:00)

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.

Lent.az bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Rəhim Məmmədovun iyunun 28-də vəfat etdiyi bildirilib.

Qeyd edək ki, rəssam 1928-ci ildə Bakıda anadan olub. Onun Sankt-Peterburq, Bakı, Tiflis, Moskva, Sivas, Kayseri, Konya və başqa yerlərdə çoxsaylı sərgiləri keçirilib. O, Beynəlxalq Memarlıq konqresi sərgisində “Münsif Onur” mükafatına, Azərbaycan Nazirlər Kabineti mükafatına layiq görülüb.

Allah rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar