İdmançını bıçaqlayan azərbaycanlıya cəza verildi
14 may 2025 16:30 (UTC +04:00)

İdmançını bıçaqlayan azərbaycanlıya cəza verildi

Rusiyada hokkeyçini bıçaqlayan azərbaycanlıya hökm oxunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2024-cü ilin noyabr ayında Moskva vilayətində baş verib.

Məhkəmənin hökmünə əsasən, hokkeyçi Denis Meşçeryakovu bıçaqlayan azərbaycanlı 3 il 6 ay müddətinə ümumi rejimli həbsxanaya salınıb.

Qeyd edək ki, Barvixa qəsəbəsində idmançı evə qayıdarkən qonşular arasında dava olduğunu görüb. Evin yaxınlığında sərxoş azərbaycanlı qadınla münaqişə edib.

Denis qadının müdafiəsinə qalxanda azərbaycanlının oğlu binadan qaçaraq bıçağı ilə onu böyründən vurub. Hokkeyçi təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Həkimlərin ilkin müdaxiləsi sayəsində idmançı sağ qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar