Dünyaca məşhur müğənni Rihanna Los-Ancelesdə iki oğlu ilə alış-veriş edərkən paparatsilərin kameralarına tuş gəlib. Uzun müddətdir musiqi səhnəsindən uzaq qalan sənətçi vaxtının böyük hissəsini ailəsinə ayırır.
Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Üç uşaq anası olan müğənni oğulları RZA və Riotu özü ilə alış-verişə aparıb. Onların qarşıdan gələn Hellouin bayramı üçün mağazalara baş çəkdikləri bildirilir.
Rihanna və uşaqları bayram bəzəkləri, şirniyyatlar, oyuncaqlar və rəngli yumşaq oyuncaqlara baxıblar. Müğənni alış-veriş arabasını oğulları ilə birlikdə idarə edərkən görüntülənib.
Rihanna son illərdə musiqi karyerası ilə yanaşı, kosmetika və moda biznesinə də diqqət ayırır. Pərəstişkarları isə sənətçinin yeni albomunu gözləməyə davam edirlər.
Habertürk