Sursatlar partladı: 13 nəfər öldü
14 may 2025 07:58 (UTC +04:00)

Sursatlar partladı: 13 nəfər öldü

İndoneziyanın Qərbi Yava vilayətində köhnə sursatların zərərsizləşdirilməsi zamanı baş verən güclü partlayış nəticəsində azı 13 nəfər həyatını itirib.

Lent.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə İndoneziya Ordusunun rəsmi nümayəndəsi Vaxyu Yudxayana mətbuat konfransında məlumat verib.

Hadisə yerli vaxtla saat 09:30-da Qarut dairəsinin Saqara kəndində qeydə alınıb. Ölənlərdən dördü hərbçi, doqquzu isə yerli sakinlərdir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406

Oxşar yazılar