Zellenski: "Toz basmış təyyarələrin bir faizini bizə verin"
27 mart 2022 02:58 (UTC +04:00)

Zellenski: "Toz basmış təyyarələrin bir faizini bizə verin"

0

“NATO toz basmış təyyarələrinin bir faizini belə bizə vermir”.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

Ukraynalı lider NATO-nu Kiyevə silah verməkdə qərarsız olmaqda ittiham edib.

Zelenski hesab edir ki, Ukraynanın təhlükəsizliyi bütün Avropanın təhlükəsizliyinə bərabərdir.

“Bu, bizim tərəfdaşlarımızda var və onlar sadəcə toz-torpaq olurlar. Bütün NATO təyyarələrinin tanklarının bir faizi yalnız bir faizini istəyirik. Biz daha çoxunu istəmirik. Sadəcə bir faizini istəyirik”-,deyə Zelenski bildirib.

Onun fikrincə, Kiyevi silahla təmin etmək zərurəti təkcə Ukraynanın deyil, həm də Avropa əhalisinin mütləq əksəriyyətinin mövqeyidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2369

Oxşar yazılar