Zelenski Rusiya nümayəndə heyətini “axmaq”  adlandırdı
02 iyun 2025 21:45 (UTC +04:00)

Zelenski Rusiya nümayəndə heyətini “axmaq” adlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən danışıqlarda iki-üç günlük atəşkəs təklif edən Rusiya nümayəndə heyətini tənqid edib.

Lent.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

"Onlar iki-üç günlük atəşkəsə döyüş meydanından ölüləri götürmək üçün hazırdırlar. Düşünürəm ki, onlar axmaqdırlar, çünki atəşkəs ölənlərin olmamasını təmin etmək üçündür. Yəni əhval-ruhiyyəni görürsünüz. Onlar üçün bu, müharibədə qısa fasilə deməkdir", - Zelenski qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476

Oxşar yazılar