Ukrayna Prezidenti Volodimir Zelenski BMT ekspertlərini Ukraynanın strateji obyektlərinə baxış keçirməyə dəvət edib.
Lent.az-ın xəbərinə görə, bu barədə o, BMT TŞ-nin fövqəladə iclasında bildirib.
Qeyd edək ki, iclas Kiyevin xahişi ilə çağırılıb. Ötən gün Ukrayna ərazisində hava həyəcanı elan edilib. Böyük şəhərlərdə partlayışlar eşidilib.