İsveçrədə milyonçu yol hərəkəti qaydalarını pozduğuna görə 110 min dollar cərimələnib.
Lent.az xarici mediaya istinadla bildirir ki, həmin şəxs magistral yolda məsafə saxlamayıb.
Videokameraların görüntülərindən görünür ki, milyoner avtomobilini qabaqdakı maşına lap yaxın idarə edib. Qəza olmayıb, amma sürücüyə böyük məbləğdə cərimə kəsilib.
Belə böyük cərimə İsveçrədə cəzanın ölçüsünün cinayətkarın gəlirindən asılı olması ilə bağlıdır. Sürücü cəzaya etiraz etməyə çalışsa da, məhkəmə bundan imtina edib. İndi milyonçu məhkəmə xərcləri üçün daha 14,5 min dollar ödəməli olacaq.