Yeni  fəlakət   təhlükəsi XƏBƏRDARLIĞI:  Qar tufanları,   quraqlıq və...
21 oktyabr 2023 17:12 (UTC +04:00)

Yeni fəlakət təhlükəsi XƏBƏRDARLIĞI: Qar tufanları, quraqlıq və...

Alimlər yeni fəlakətlər təhlükəsi barədə xəbərdarlıq ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həm quruda, həm də okeanda temperatur rekord həddə çatıb və bir neçə qitədə geniş meşə yanğınları baş verib.

Elm adamları Sakit okeanda El-Nino hava dalğasının mövcud olduğunu aşkar ediblər. Meteoroloqlar El-Ninonun qışda tam gücünə çatacağını proqnozlaşdırırlar. Bu, qayalıq dağlarda qarlı qışlara, cənubda tufanlara və rütubətli havaya, şimal-qərbdə isə daha quru şəraitə səbəb ola bilər.

Vaşinqton Universitetinin atmosfer alimlərinin fikrincə, adətən, ən yüksək dəniz səthi temperaturu Sakit okeanın qərbində və Hind okeanında normal illərdə müşahidə olunur. Bununla belə, El-Nino bütün dünyada hava şəraitinə təsir edəcək.

Qeyd edək ki, son dəfə güclü El-Nino 2016-cı ildə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4869
avatar

Arzu Qurbanlı

Oxşar yazılar