Yaşayış binasında PARTLAYIŞ:  7 ölü - YENİLƏNİB
19 noyabr 2022 10:00 (UTC +04:00)

Yaşayış binasında PARTLAYIŞ: 7 ölü - YENİLƏNİB

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 4-ə çatıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Valeri Limarenko bildirib. Onun sözlərinə görə, ölənlərdən 3-ü uşaqdır.

Həmçinin itkin düşmüş hesab olunan daha 3 nəfərin axtarışları davam etdirilir.

***
Saat: 08:21

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə qubernator Valeri Limarenko bildirib.

Partlayış nəticəsində ölənlərin sayı 3-ə yüksəlib.

***

Saat 07:55

Rusiyada beşmərtəbəli yaşayış binasında baş verən partlayışda 9 nəfər xəsarət alıb, bir nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə mənzillərdən birində qaz balonunun partlaması nəticəsində baş verib.

***

Saat 07:23

Rusiyanın Saxalin adasının Tymovskoye kəndində beşmərtəbəli yaşayış binasında partlayış olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir.

Dağıntılar altında 6 nəfərin qaldığı ehtimal olunur.

Hazırda hadisə yerinə xilasedicilər insanların axtarışına başlayıblar.

# 4623
avatar

Oxşar yazılar