Yaponiyada daha təhlükəli koronavirus variantı aşkarlandı
10 yanvar 2021 23:10 (UTC +04:00)

Yaponiyada daha təhlükəli koronavirus variantı aşkarlandı

Yaponiyada Böyük Britaniya və Cənubi Afrika Respublikasında yayılan yeni koronavirusun daha təhlükəli mutasiya etmiş variantı aşkar edilib. 

APA xəbər verir ki, bu barədə ölkənin Milli Yoluxucu Xəstəliklər İnstitutunun mütəxəssisləri bildirib. 

İnstitutun rəhbəri Takaji Vakitu qeyd edib ki, koronavirusun mutasiya etmiş yeni varinatı yanvarın 2-də Braziliyadan ölkəyə gələn 4 nəfərdə aşkar edilib.

“Yeni mutasiya Britaniya və CAR-da yayılan variantla oxşar olsa da daha yüksək yoluxucu olduğu üçün narahatlıq doğurur”, deyə Vakitu əlavə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Oxşar yazılar