Hadisə Belçikanın Allst kommunasında baş verib.
Lent.az-ın xəbərinə görə yoldan keçənlər bir nəfərin çaya atılmaq istədiyini görüb polisə xəbər veriblər.
Hadisə yerinə yanğınsöndürən briqada və xilasedicilər gəlib. Söhbət zamanı məlum olub ki, şəhər sakini çay kənarı ilə gedərkən portfelini çaya salıb. Xilasedicilər onunla söhbət edərək soyuq havada suya girmək fikrindən daşındıra biliblər.