Xəstəxanada koronavirusa yoluxanların oksigeni kəsildi – Misirdə
05 yanvar 2021 19:11 (UTC +04:00)

Xəstəxanada koronavirusa yoluxanların oksigeni kəsildi – Misirdə

Misirin Əş Şərqiyyə valiliyindəki “Əl-Hüseyniyə” xəstəxanasının reanimasiya şöbələrindəki ağır koronavirus xəstələrinin şoksigeni kəsilib və onlar ölümlə üz-üzə qalıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə İslam Channel özünün YouTube kanalında məlumat yayıb.

Burada COVID-19 xəstələri olduqları ehtimal edilən pasientlərin oksigenin necə kəsilməsi əks olunur. Ətrafdakı həkimlər və tibb bacıları isə yerdə otururlar, yaxınlarını köməyə çağırırlar. Videonu çəkən kişinin “Hamısı öldü, hamısı öldü” deməyi də eşidilir.

İslam Channel digər xəstəxanalarda da oksigen çatışmazlığı olduğunu iddia edir.

Minumum 4 nəfərin ölümü ilə bağlı artıq araşdırma başlayıb. Siyasətçilərin bəziləri isə xəstələrin oksigen çatışmazlığından öldüklərini təkzib edirlər.

Bununla birlikdə, digərləri həkimləri səhlənkarlıqda günahlandırır: xəstələri qurtarmaq üçün heç bir şey etmədiklərini iddia edilir.

“Mənim mənbələrimə əsasən, intensiv terapiya şöbəsinin həkimi xəstəxananın direktoruna minimum bir saat əvvəl oksigen çatışmazlığı olduğunu deyib”, - yerli deputat Said Rahmo vurğulayıb.

 

 

# 1467
avatar

Oxşar yazılar