Yunanıstan qripin ağırlaşması nəticəsində 40 nəfər ölüb. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda ölkənin xəstəliyin profilaktikası və nəzarəti üzrə Mərkəzi bildirib.
Mənbənin məlumatına əsasən, hazırda daha 57 nəfərin vəziyyət ağırdır və onlar intensiv müalicə kursu almaqdadır.
«Qrip epidemiyası bu ilin yanvarında iti şəkildə yayılıb. 2013-cü illə müqayisədə epidemiyanın yayılması iki həftə tez başlayıb»- deyə, mərkəz bildirib.