Bakıda kafedə kütləvi dava olub, ölən var - HADİSƏ ANI  - TƏFƏRRÜAT
24 oktyabr 2026 10:57 (UTC +04:00)

Bakıda kafedə kütləvi dava olub, ölən var - HADİSƏ ANI - TƏFƏRRÜAT

0

Bakıda ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatı məlum olub.

Lent.az Oxu.Az-a istinadla bildirir ki, davaya səbəb biznes münasibətlərində yaranmış mübahisə mübahisə olub. Dəhşətli cinayətdə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Hadisədən sonra onun könüllü qaydada polisə təslim olduğu deyilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olan Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində reabilitasiya mərkəzi işlədirlərmiş.

Hazırda davanın digər iştirakçılarının saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, baş verən kütləvi davada bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.

***
10:24

Bakıda kafelərdən birində kütləvi dava olub.

Lent.az Oxu.Az-a istinadla bildirir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Kafedə tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra dava iştirakçıları bir-birilərinə bıçaqla hücum ediblər.

Nəticədə "Ceyhun Sabunçu" kimi tanınan şəxs qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb.

Hadisə anının görüntülərini təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar