İdarə əməkdaşı qumara görə  cərimələndi
24 oktyabr 2026 10:17 (UTC +04:00)

İdarə əməkdaşı qumara görə cərimələndi

0

Ucarda onlayn qumar oynayan gənc saxlanılıb.

Lent.az-ın xəbərinə görə, 29 yaşlı Cəfər Rəsulov (şərti adla) “Pin-AP” saytından qeydiyyatdan keçərək, qeyri-qanuni kazino qumar oyunlarında iştirak edib.

Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Yerli təsərrüfat idarələrinin birində işləyən Cəfər Rəsulov pul əldə etmək üçün bu oyunlara qoşulduğunu deyib. Onun sözlərinə görə, bu zaman qazancı ilə yanaşı, itirdiyi pullar da olub. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

Məhkəmənin qərarı ilə C. Rəsulov 3000 manat məbləğində inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar