Virciniya ştatının Riçmond şəhərində 64 yaşlı Terri Uord həyat yoldaşını rahatlıqla futbol izləyə bilməsi üçün stula yapışqanlı lentlə bağlayıb və zirzəmiyə salıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, polis həmin gecə Uordun evinə gəlib. Onlar qadının əllərində yapışqan lent izləri aşkar ediblər.
"Terri arvadını stula bağladığını və zirzəmidə 30-45 dəqiqə saxladığını etiraf edib", - zabitlərdən biri bildirib.
Ər indi 10 ilə qədər həbs cəzası və böyük cərimə ilə üzləşə bilər.