Yunanıstan Avropa İttifaqına rədd cavabı verdi
16 fevral 2015 22:42 (UTC +04:00)

Yunanıstan Avropa İttifaqına rədd cavabı verdi

Yunanıstan hökuməti Avropa İttifaqının maliyyə yardımı proqramı layihəsini rədd edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstan hökumətindəki mənbə bildirib.

 

“Layihə mənasız və düşüncəsiz şəkildə hazırlanıb. Belə olan halda  proqramın müzakirəsi aparıla bilməz”, deyə mənbə bildirib.

 

Bundan əvvəl Avropa İttifaqına üzv olan dövlətlərin maliyyə nazirlərinin Yunanıstanla kredit proqramı barədə razılaşma əldə edə bilmədikləri barədə məlumat yayılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 110
avatar

Oxşar yazılar