Yunan Kipri banklarının bir də açılacağı şübhəlidir
20 mart 2013 07:05 (UTC +04:00)

Yunan Kipri banklarının bir də açılacağı şübhəlidir

Almaniyanın maliyyə naziri Volfqanq Şoybole yunan Kipri parlamentinin baankdakı depozitlərə vergi qoyulmasından imtina etməsindən təəssüfləndiyini bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunu ölkəyə təcili yardım üçün irləi sürdüyü şərtləndəndir.

 

Ölkəsinin «ZDF» telekanalına müsahibəsində o, deyib: «Kipr banklarının yenidən açılacağı hələlik bilinmir».

 

O, əlavə edib ki, yaranmış şəraitə görə onlar kimsəni suçlaya bilməz.

 

Martın 17-də Yunan Kiprinin prezidenti bildirmişdi ki, Beynəlxalq Valyuta Fondu və Avropa Birliyiinin şərtləri ilə razılaşmasalar, o halda ölkəsini iflas və bəlkə də avrozonadan çıxmaq təhlükəsi gözləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623
avatar

Oxşar yazılar