Yuliya Skripal ilk müsahibəsini verdi
23 may 2018 21:32 (UTC +04:00)

Yuliya Skripal ilk müsahibəsini verdi

Martın 4-də İngiltərənin Solsberi şəhərinə atası ilə birgə sinir iflic edici maddə ilə zəhərlənən Yuliya Skripal sui-qəsd cəhdindən sonra ilk müsahibə verib.

 

APA-nın məlumatına görə, bu barədə “Sky News” xəbər verib.

 

“Bəxtimiz çox gətirdi ki, bu sui-qəsd cəhdindən sağ çıxdıq. Bizim sağalmağımız çox çətin və ağır idi”, deyə Y.Skripal qeyd edib.

 

Rusiya səfirliyinin yardımına ehtiyacı olmadığını deyən 33 yaşlı qadın uzunmüddətli perspektivdə ölkəsinə dönməyə ümid etdiyini bildirib.

 

Qeyd edək ki, Sergey Skripal mayın 18-də, onun qızı isə aprel ayında  xəstəxanadan buraxılıb.

 

Martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Solsberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti  hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyaya dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən qovulub. Rusiya da buna cavab olaraq analoji addımlar atıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295
avatar

Oxşar yazılar