Pulsuz ümumtəhsil uğrunda mübarizə aparan Pakistan məktəblisi Malala Yusafzai 16 yaşı tamam olan gün Nyu-Yorkda BMT-nin mənzil –qərargahında çıxış edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yığıncaq iştirakçılarına o, deyib ki, ona edilən sui-qəsd həyatında heç nəyi dəyişməyib: «Ancaq zəifliyim, qorxu, ümidsizlik hisslərim öldü. Ekstremistəlr əldə kitab və qələmdən, qadınlardan qorxurlar».
Taliblər hesab edir ki, qızların məktəbə getməsi «islam ideologiyasına ziddir».
Xatırladaq ki, M.Yusafzai ötən ilin payızında taliban yaraqlıları tərəfində terrora məruz qalmışdı. O, baş nahiyəsindən aldığı güllədən ciddi yaralanmışdı.