Yanvarın 22-də koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Yəmənin Saada əyalətində 6 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 40 nəfər xəsarət alıb.
İnsident zamanı “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatının əməkdaşının öldüyü bildirilir. Aviazərbələr şiə üsyançılarının (husilərin) nəzarəti altında olan ərazilərə endirilib.
Xatırladaq ki, 2015-ci ilin martından Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb BMT-nin hesablamalarına görə, hava zərbələri nəticəsində Yəməndə indiyədək 5 800 nəfər ölüb, onların təxminən yarısı dinc sakinlərdir.