Yəmənin Ədən şəhərində silsilə terror aktları törədilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, törədilən üç ardıcıl partlayış nəticəsində azı 22 nəfər ölüb.
Bildirilir ki, şəhərin qərb hissəsində terrorçular iki avtomobilə yerləşdirilmiş partlayıcı qurğuları işə salıblar. Eyni vaxtda şəhərin mərkəzində təcili tibbi yardım maşınında bomba partlayıb.