Polşada qəribə hadisə baş verib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 91 yaşlı Yanina Kolkieviz öldükdən sonra yerləşdirildiyi morqda 11 saatdan sonra dirilib. Y.Kolkievizin qardaşı oğlu səhər onun Ostrov Lubelski şəhərindəki evinə gedərkən bibisinin nəbzinin vurmadığını görüb həkimlərə müraciət edib. Həkimlərin müayinəsindən sonra 91 yaşlı qadının öldüyü təsdiqlənib. Ancaq qadın morqa yerləşdirildikdən 11 saat sonra xəstəxana işçiləri qadının ailəsinə zəng edərək, Y.Kolkievizin ölmədiyini xəbər verib.
Kolkieviz evlərinə geri göndərilib. Qadın özünü yaxşı hiss etdiyini bildirib.
Polşa polisi faktla əlaqədar araşdırma aparır.