Yaponiyada baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 37-yə çatıb. Lent.az-ın Vesti.ru-ya istinadən məlumatına görə, xəstəxanaya 2 mindən çox insan müraciət edib. Onlardan 80 nəfərin vəziyyəti ağırdır.
Zəlzələ nəticəsində yüzlərlə ev dağılıb, 160 mindən çox insan susuz və elektriksiz qalıb.
Qeyd edək ki, aprelin 15-də Yaponiyanın Kumamoto prefekturasında 7,3 bal gücündə zəlzələ baş verib. Bir gün əvvəl isə ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 1000-dən çox insan xəsarət alıb, dağıntılar var.