İki avtobus marşrutunun hərəkət sxemi  dəyişdirilir
29 iyul 2026 14:20 (UTC +04:00)

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

0

Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

AYNA-dan Lent.az-a verilən məlumata görə, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşanadək 202 saylı marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində 94 nömrəli transformator yarımstansiyası yaxınlığına təşkil ediləcək.

92 saylı marşrut isə Asəf Zeynallı – Yurd Yeri – Maralan - Yaşar Sadıqov küçələri ilə hərəkət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar