Yaponiya baş nazirinin özəl elçisi, keçmiş baş nazir Yosiro Morinin bu həftə Moskvaya səfər edəcəyi gözlənilir.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, Rusiya hakimiyyətinin təmsilçiləri görüşlər keçirməyi planlaşdırır.
Yaponiya hökumətinin baş katibi Yosixide Suqinin sözlərinə əsasən, Morinin Rusiyaya səfəri fevralın 20-də başlaycaq və səhəri gün, o,görüşlər keçirəcək.
Yerli KİV-in məlumatına görə, özəl elçinin səfərində başlıca məqsəd baş nazir Sindzo Abenin Moskvaya ziyarətinə hazırlıqdır.
Agentlik bildirib ki, Mori Yaponiya hökumət başçısının məktubunu Rusiya rəhbərliyinə çatdıracaq.