Yanukoviç Eştona söz verdi
11 dekabr 2013 20:12 (UTC +04:00)

Yanukoviç Eştona söz verdi

Ukrayna prezidenti Viktor Yanukoviç Avropa Birliyinin ali komissarı Ketrin Eştona ölkədəki mövcud problemlərin dinc yolla həll olunacağına əmin edib.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bu haqda prezidentin mətbuat xidməti xəbər yayıb. Mənbə bildirib ki, Yanukoviç Eştonla ikitərəfli əməkdaşlıq məsələlərini və Ukrayna daxili siyasi şəraiti müzakirə edib.

 

«Danışıq zamanı prezidenti Ukraynanın avrointeqrasiya yoluna sadiq qaldığını və ölkədəki şəraitin dinc yolla tənzimlənəcəyini bir daha vurğulayıb»-deyə, katiblik bildirib.

Tərəflər ümummilli dəyərmi masasının keçirilməsinin vacib addım olduğunu söyləyiblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849
avatar

Oxşar yazılar