
Xarici turistlər pasportlarına möhür vurulmadan İrana səfər edə biləcək
İran prezidentinin göstərişi ilə xarici turistlər pasportlarına möhür vurulmadan İrana səfər edə biləcəklər. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidentinin sözçüsü Əli Rəbii Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Bildirib ki, ABŞ İrana qarşı iqtisadi terror həyata keçirir və bu, İrana səfər etmək istəyən şəxslərdə qorxu yaradır: “Onlar sanksiya ilə üzləşməkdən qorxurlar. Bu gün prezident Həsən Ruhani göstəriş verib ki, turistlərin pasportlarına möhür vurulmasın və onların İrana səfər etdikləri qeyd olunmasın”.
Ə.Rəbiinin sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin qərarı ölkə daxilində bütün aeroportlarda icra olunacaq.
Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38