Vergidən yayınan nazir istefa verib
20 mart 2013 07:16 (UTC +04:00)

Vergidən yayınan nazir istefa verib

Fransanın büdcə naziri Jer Kaüzak  istefa verib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, buna səbəb nazirin vergidən yayınması ilə bağlı araşdırmaya başlanılması göstərilib.

 

Mənbənin məlumatına əsasən, tərslikdən o, vergidən yayınmağa qarşı mübarizənin qatı tərəfdardır. Ancaq hazırda nazir gəlirlərinin birhissəsini İsveçrə banklarında gizlətmək şübhəli bilinir.

 

Bir müddət öncə o,ünvanına irəli sürülənləri təkzib edir, hətta bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirirdi.

 

Qeyd edək ki. Kaüzak prezident Olandın tərəfdarlarındandır.O, sosialistlər hökumətinin vacib nazirlərdən biri sayılırdı.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413
avatar

Oxşar yazılar