Venesuela mərkəzi Seçki Komissiyası yeni prezident seçkisinin tarixini açıqlayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu siyasi kampaniya aprelin 14-də keçiriləcək.
Mərhum prezident Uqo Çavesin sosialist siyasətini davam etdirəcəyini bəyan etmiş, dövlət başçısı səlahiyyətlərini icra edən Nikolas Maduro hələ ki ictimai sorğularda öndədir. Onun əsas rəqibi isə ötən ilin oktyabrında U.Çavesə uduzmuş Enrike Kapriles sayılır.